Bəhreynin `Əl-Vifaq` Cəmiyyətinin üzvü: `Şeyx İsa Qasimin sağlamlığı ilə bağlı narahatıq`

Bəhreynin `Əl-Vifaq` Cəmiyyətinin üzvü: `Şeyx İsa Qasimin sağlamlığı ilə bağlı narahatıq`

Ayətullah İsa Qasim məcburi evində həbs olunub və onun evinin ətrafında Ali-Xəlifə rejim hərbiçilərinin nəzarətindədir. Bunu Bəhreynin Əl-Vifaq Cəmiyyətinin üzvi və bu ölkənin parlamentinin sabiq deputatı  Cəlal Firuz  deyib. 
 
Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, C.Firuz deyib ki, hərbiçilər heç kimi Şeyx İsa Qasimin evinin yaxınlığına buraxımır.  “Onun ailə üzvləri, yaxınları və qohumlarına belə Şeyx İsa ilə görüş icazəsi verilmir. Onun sağlamlığı ilə bağlı narahatıq. Ona görə ki, Şeyx İsa Qasim bundan öncə müalicə olunurdu və dərman qəbul edirdi. Lakin hazırda Ali-Xəlifə rejim qüvvələri ona dərman çatdırmağa qoymur”.
 
C.Firuz deyib ki, hazırda Şeyx İsa Qasimin sağlamlıq durumunun necə olması müəyyən deyil. “Şeyx İsa Qasimi sevən insanlar onun evinin mühasirəsini qırmağa çalışır. Evə yaxınlaşan şəxslər gözyaşardıcı qaz və plastik güllələrlə hədəfə alınır”.
 
Bəhreyn parlemtinin sabiq nümayəndəsi beynəlxalq ictimaiyyətinin Bəhreyn şiələrinə qarşı repressiyalar qarşısında sükutunu tənqid edib.   
 
Qeyd edək ki, may ayının 23-də Bəhreyn rejimi qüvvələrinin əd-Dərrazda Ayətullah İsa Qasimin mənzilinə və tərəfdar aksiyaçılara basqın etməsindən sonra alimin taleyi naməlum olaraq qalır.
 
Həyata keçirilən basqından sonra 300 nəfər tutulub, 200-dən çox insan yaralanıb. Ayətullah İsa Qasim də daxil olmaqla alimin mənzilində olan 50 nəfərdən hələ də xəbər yoxdur. /
 
محمد جلال فیروز نماینده سابق پارلمان بحرین

Google+ WhatsApp ok.ru