Bəhram Qasimi: “Trampın hədələrinin İran rəsmilərinə təsiri yoxdur”

Bəhram Qasimi: “Trampın hədələrinin İran rəsmilərinə təsiri yoxdur”

“Trampın etdiyi hədə-qorxularının İran rəsmilərinə təsiri yoxdur”.
 
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
B. Qasimi bildirib ki, axtarışda olan bir nəfər ABŞ vətəndaşı həbs olunub: “Hədələmək düzgün danışıq tərzi deyil və artıq hədə-qorxunun vaxtı keçib. Bəzi çıxışlar bizim daxili işimizə müdaxilədir. İranda demokratiya var və Məhkəmə Sistemi ölkənin təhlükəsizliyini təmin etmək üçün lazımi gücə malikdir. Bu kimi çıxışların İran rəsmilərinə heç bir təsiri yoxdur. Amerikalılar danışıq tərzini dəyişməlidirlər”.
 
ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından çıxa biləcəyinə gəldikdə B. Qasimi qeyd edib ki, İran üçün danışıqlardan çox əməllər önəmlidir: “ABŞ-ın hərəkətlərini izləyirik”.
 
İranın XİN sözçüsü iranlı diplomatların Küveytdən çıxarılması məsələsinə də toxunub. O bildirib ki, onlar ölkədən çıxarılmayıb, sadəcə İran Küveytdəki diplomatlarının sayını azaldıb. “Səfirimizə məlumat verilmişdi ki, səfirlikdə çalışan diplomatların sayının azaldılsa yaxşı olar. Bunun üçün 1,5 ay müddət ərzində səfirlik özü qərar verməlidir.  İran və Küveyt arasında yaxşı əlaqələr var idi, bu addım bəyənilən deyil və bunu pisləyirik. Danışıqları davam etdirə bilərik. Səfirimiz orada qalacaq. Biz belə bir addım gözləmirdik. Bizim də cavab vermək hüququmuz var, lakin onların diplomatlarının sayı iranlı diplomatların sayından çox deyil”.
 
B. Qasimi İran prezidenti Həsən Ruhaninin avqustun 5-də keçiriləcək andiçmə mərasimi haqqında da danışıb. O bildirib ki, andiçmə mərasimi ilə əlaqədar qonşu ölkələrdən müxtəlif nümayəndə heyətlərinin İrana səfəri gözlənilir. (apa) /

Google+ WhatsApp ok.ru