Bərdədə avtomobil kanala düşüb, iki uşaq boğulub

Bərdədə avtomobil kanala düşüb, iki uşaq boğulub

Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində iki uşaq boğulub.
 
APA-nın Qarabağ müxbiri xəbər verir ki, Bərdə rayon Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil kəndin ərazisindən keçən Yuxarı Qarabağ kanalına aşıb.
 
A. Abdullayev sudan çıxa bilsə də, avtomobildə olan nəvələri boğulub.
 
10 və 11 yaşında oğlanların axtarışı aparılır.
 
Ağcabədidə yaşayan nəvələrin Bərdə rayonuna - bablarıgilə qonaq gəldiyi bildirilir.

Google+ WhatsApp ok.ru