`Bəhreyn rejimi insan haqları üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmir, vətəndaşlarının hüquqlarını pozur`

`Bəhreyn rejimi insan haqları üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmir, vətəndaşlarının hüquqlarını pozur`

İnsan haqları üzrə fəaliyyət göstərən 11 təşkilat dünyanın 32 ölkəsinə müştərək məktub ünvanlayıb. Öz məktublarında Ali-Xəlifə rejiminin insan hüquqları sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməkdə aciz olduğu qeyd edilib.
 
Maide.İnfo xəbər verir ki, müştərək məktubda qeyd edilir ki, aydındır ki, Bəhreyn rejimi insan haqlarının müdafiəsi sahəsində götürdüyü beynəlxalq öhdəliklərinin yerinə yetirilməsində uğursuz davranıb, öz vətəndaşlarına qarşı dəfələrlə insan haqlarını kobud şəkildə pozub, öz vətəndaşlarına qarşı aşkar şəkildə bu hüquqları tapdalayıb.
 
Həmin təşkilatlar, beynəlxalq ictimaiyyətdən istəyib ki, Manama hökümətinə insan haqları sahəsində, və Bəhreyn vətəndaşlarının hüquqlarının qorunması sahəsində təzyiqləri artırsın.
 
Qeyd edilən təşkilatların arasında "Human Rights", "Bəhreyn İnsan haqları Mərkəzi", "Bəhreyndə Demokratiya və İnsan haqları - Amerika Mərkəzi", "Qahirə İnsan Haqları Araşdırma Mərkəzi", "Sərhədsiz Reportyorlar", "Sifiks təşkilatı" və digər beynəlxalq insan haqları təşkilatlarının adı var. /

Google+ WhatsApp ok.ru