Bəhreyn rejimi Ayətullah İsa Qasımı hüquqlarından imtina etməyə vadar edir

Bəhreyn rejimi Ayətullah İsa Qasımı hüquqlarından imtina etməyə vadar edir

Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın İrandakı nümayəndəsi Şeyx Abdullah Əl-Dəqqaq Ali Xəlifə rejiminin Bəhreyn xalqının dini azadlıqlarını və siyasi hüquqlarını məhdudlaşdırdığını bildirib.
 
Şeyx Abdullah əl-Dəqqaq belə bir açıqlama ilə çıxış edib: “Rejim Ayətullah İsa Qasımın üzərində güclü bir təzyiq tətbiq edərək, onu xalqın azadlıqları və siyasi hüquqlarını tələb etməkdən çəkindirməyə çalışır”.
 
Şeyx əl-Dəqqaq bu təzyiqlərin xüsusilə Ayətullah İsa Qasımın yaşadığı Əd-Diraz bölgəsində tətbiq olunduğunu bildirib: “Rejim Ayətullah İsa Qasımın öz ailəsi ilə belə görüşməsinə icazə vermir və bölgə xalqına da bu təzyiqləri həyata keçirərək xalqın öz hüquqlarını tələb etməsinə mane olmaq istəyir”.
 
O, Bəhreyn xalqının bütün təzyiqlərinə baxmayaraq, Ayətullah İsa Qasımı dəstəkləməyə davam edəcəyini bildirib. (deyerler) /

Google+ WhatsApp ok.ru