Bəhreyn rejimi əzadarlıq məclislərində Ayətullah İsa Qasimin adının çəkilməsini qadağan edib

Bəhreyn rejimi əzadarlıq məclislərində Ayətullah İsa Qasimin adının çəkilməsini qadağan edib

Ali Xəlifə  rejimi Məhərrəm ayında əzadarlıq məclislərində Ayətullah İsa Qasimin adının çəkilməsini qadağan edib 
 
Maide.Az “lualuatv”ə istinadən  xəbər verir ki, Ali Xəlifə  rejimi Məhərrəm ayında əzadaq məclislərində Ayətullah İsa Qasimin adının çəkilməsini , onun azadlığı üçün dua etməyi və şəkillərinin asılmasını qadağan edib . 
 
Məlumatda bildirilir ki, ötən gün  və bu gün  Bəhreynin Diraz bölgəsində  olan hüseyniyyə və məscidlərin məsul şəxsləri prokrorluğa çağırılıb və onlara bu haqda xəbərdarlıq edilib. 
Bəhreyn rejim rəsmiləri əzadarlıq məclislərində Ayətullah İsa Qasimin  adı zikr olunarsa, onun haqqında dua olunarsa və şəkilləri görsənərsə Diraz bölgəsindəki hüseyniyyə və məscidlərin rəhbər şəxslərini həbs olunacağı ilə hədələyib. 
 
Qeyd edək ki, Bəhreyn rejimi 2016-cı ildə Ayətullah İsa Qasimi vətəndaşlıqdan çıxardıb. Bundan sonra Bəhreyn xalqı Ayətullah İsa Qasimə qarşı atılan qərəzli addıma etiraz etməyə davam edir.
 
Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri 2016-cı ilin mayın 23-də Əd-Diraz rayonuna və Ayətullah İsa Qasımın evinə hücum edərək, 6 nəfəri şəhid etmiş və onlarla insanı həbs etmişdir. 
 
 

 

Google+ WhatsApp ok.ru