Bəhreynlilər “Canlar sənə qurban” şüarı ilə etiraz aksiyası keçirdi - FOTO 28 Noyabr 2017 02:00 Dünya -- Ayətullah İsa Qasimin müalicəsi üçün şəraitin yaranmasını tələb edilib Minlərlə Bəhreynli Ayətullah İsa Qasimə dəstək məqsədilə ötən gecə etiraz aksiyası keçirib. Maide.Az “Abna”-a istinadən xəbər verir ki, “Canlar sənə qurban” şüarı ilə Bəhreynin müxtəlif məhəllələrində keçirilən etiraz aksiyasında etirazçılar Ayətullah İsa Qasimin evinin mühasirəsinə son qoyulmağı və Ali Xəlifə rejimindən onun müalicəsi üçün şəraitin yaranmasını tələb edib. Ali Xəlifə rejim qüvvələri etirazçılara hücum edib, etirazçıları dağıtmaq üçün onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Qeyd edək ki, Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkir. O xəstəlikdən çəkisinin yarısını itirib və təcili cərrahiyyə əməliyyatına ehtiyacı var. Bu barədə bəhreynli həkim İbrahim əl-Əradi məlumat verib. Digər səhiyyə mənbələri bildiriblər ki Ayətullaha İsa Qasimin həyatı təhlükədədir. Xatırladaq ki, Şeyx İsa Qasim bir ildən artıqdır ki Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür. Teqlər : #Bəhreynlilər Canlar sənə qurban şüarı ilə etiraz aksiyası keçirdi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Myanmadan 624 min Rohinca müsəlmanı qaçıb “Mustafa (s) ” elmi mükafatın qalibləri müəyyənləşib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO