Bəhreyn rejiminin Ayətullah İsa Qasimi xəstəxanaya köçürdüyü deyilir 29 Noyabr 2017 02:00 Dünya -- O Bəhreyn rejim təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə evindən aparılıb Al-Aləm telekanlının məlumatına görə, son günlər ev dustaqlığında saxlanılan və səhhətində problem yaranmış Bəhreyn İslami Hərəkatının lideri Ayətullah İsa Qasim bu gün müalicə üçün Bəhreyn beynəlxalq xəstəxanasına köçürülüb. Maide.Az-ın məlumatına görə, telekanalın məlumatına deyilir ki, bu gün təcili tibbi yardım avtomobili Bəhreyn rejim təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə Ayətullah İsa Qasimi evindən xəstəxanaya aparıb. Qeyd edək ki, bir neçə gün öncə Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkməsi, xəstəlikdən çəkisinin yarısını itirdiyi və təcili cərrahiyyə əməliyyatına ehtiyacı olduğuna dair məlumat yayılmışdır. Ötən bir neçə gün ərzində Bəhreyn xalqı küçələrə axışaraq Ayətullah Qasimin müalicə edilməsi tələbi ilə mitinqlər keçirib. Xatırladaq ki, Şeyx İsa Qasim bir ildən artıqdır ki Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür. Teqlər : #Bəhreyn rejiminin Ayətullah İsa Qasimi xəstəxanaya köçürdüyü deyilir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya 2018-ci ildən yeni alternativ internet sistemi istifadəyə verəcək 31-ci Beynəlxalq İslami Vəhdət Konfransında 93 ölkədən qonaq iştirak edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO