Bəşər Əsəd: “Ərəb dünyasının intellektual problemi var”

Bəşər Əsəd: “Ərəb dünyasının intellektual problemi var”

-- Suriyadakı müharibə, düşüncə və media müharibəsi sayılır

Suriya prezidenti Bəşər Əsəd ərəb dünyasının probleminin intellektual bir problem olduğunu vurğulayaraq, bu məsələnin həll edildilyi təqdirdə, bölgədəki müharibələrin və böhranların həll oluna biləcəyini deyib.
 
Bəşər Əsəd Ərəb Yazıçıları, Ədəbiyyatçıları ilə Həmrəylik Cəmiyyətinin üzvlərilə görüşdə, ərəb dünyasının mədəni və intellektual problemləri və bunun ərəb cəmiyyətinə təsiri haqqında danışıb.
 
Ərəb cəmiyyətində intellektual bir inkişafın baş verməli olduğunu qeyd edən Suriya prezidenti belə danışıb: “Prioritetlərin müəyyən edilməsi üçün, bu məsələnin mütəfəkkirlər arasında strateji müzakirələrə və yeni ideyalara ehtiyacı var.
 
"Yeni nəsil radikalizmə və qərbləşməyə doğru sürüklənir və məhz burada mədəniyyətin rolu özünü büruzə verir. Çünki əsl müqavimət intellektual bir müqavimətdir və kimliyi sağlamlaşdırmağa çalışmaqdır. Suriya xalqının müqavimətinin səbəblərindən biri də elə bu düşüncədir. Çünki, Suriyadakı müharibə, düşüncə və media müharibəsi sayılır”.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru