Bəzi ölkələrin Yəmənin Riyada raket atmasına `timsah gözyaşları` axıtmasına ...

Bəzi ölkələrin Yəmənin Riyada raket atmasına `timsah gözyaşları` axıtmasına ...

-- Yəməndə Ənsərullah liderləri, hərbi və siyasi liderlər arasında iclas keçirilib

Yəməndə Ənsərullah liderləri, hərbi və siyasi liderlər arasında iclas keçirilib.
 
Maide.Az "Tasnim"ə istinadən xəbər verir ki, Yəmən Ali Siyasi Şurasının sədri Saleh əl-Səməd Ərəbistanın Yəmənə təcavüzündə yeni mərhələnin başladığını söyləyib:
 
"Düşmən son 9 ayda edə biləcəyi hər şeyi edib. Səna, Saad və Hadid şəhərlərinə də hücuma hazırlaşırdılar. Lakin Müdafiə Nazirliyinin cəhdləri sayəsində bu planın qarşısı alındı.
 
Bizim başqa ölkələrdən gözləntimiz yoxdur. Çünki silahlı qüvvələrdə və digər qurumlarda hazır formada gözləyən mütəxəssislərimiz var".
 
Əl-Səməd sözlərinə əlavə edib ki, ABŞ, İngiltərə və digər qərb dövlətlərinin bombaları yəmənlilərin sülh tələbinə qarşıdır:
 
"Yəmən bu saşavda üstün olmasına baxmayaraq sülhü dəstəkləyir. Biz bu istiqamətdə bir neçə plan təklif etdik. Lakin hər gün üstümüzə bomba yağdırılmasına baxmayaraq bəzi ölkələrin Yəmənin Riyada raket atmasına "timsah gözyaşları" axıtmasına təəcüblənirik. Yəmənin 3 ildir məruz qaldığı bu qətliama heç kim səsini çıxarmır".

Google+ WhatsApp ok.ru