Bəşər Əsəd Suriya ilə bağlı ən son vəziyyəti açıqladı

Bəşər Əsəd Suriya ilə bağlı ən son vəziyyəti açıqladı

-- ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya....

Suriyanın prezidenti Bəşər Əsəd mətbuata açıqlamasında deyib ki, humanitar başlıqlar altında Suriyaya qarşı yürüdülən siyasi və media həmləsi, ağır məğlubiyyətə düçar olmuş terrorçuları yenidən gücləndirmək üçündür.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, son vaxtlar İran nümayəndə heyətləri daxil olmaqla, Suriyaya edilən səfərlərin artmasına dair verilən suala Əsəd belə cavab verib: “Suriya və xalqına qarşı bu müddət ərzində edilən siyasi, media və başqa istiqamətli böyük həmlələr oldu. Terror təşkilatlarına hər cür dəstəyin təmin olunduğu bu müddətdə insan haqları, vətəndaşları bombalama, humanitar vəziyyət və mülki vətəndaşları müdafiəsi kimi başlıqlar altında da, siyasi və media həmlələri edildi. Terroru bəhanə kimi istifadə edən tərəflər bu kimi həmlələri və əsassız iddiaları hər fürsətdə təkrarlayır, təxribat və təzyiqlər göstərir. Bu nümayəndə heyətləri real vəziyyəti və son prosesləri qiymətləndirməklə yanaşı, Soçi sammitinin nəticələrini və həyata keçirilməsini qiymətləndirmək üçün gəldilər. Yaxın bir müddətdə Rusiya, İran və Türkiyə də Suriya məsələsində bir gpörüşü olacaq. Bütün bunların fonunda Suriya, Rusiya və İran arasında səfərlərin olması və koordinasiyanın gücləndirilməsi olduqca normaldır”.
 
BMT Təhülkəsizlik Şurasının 2401 saylı qərarının Suriya ərazisində toqquşmaların dərhal dayandırılmasını nəzərdə tutmasına baxmayaraq, Dəməşq və ətrafında terrorçuların rakek zərbələri davam etdiyini deyən Əsəd, sözlərini belə davam etdirib: “Suriya ordusu Şərqi Qutada böyük bir əməliyyata başladı. Hücumu başlayan Suriya ordusu olmadı. Ordu Suriya və xalqını müdafiə etməkdə milli vəzifəsini icra edir. BMT Təhülkəsizlik Şurasının bu qərarı hələ təsdiq olunmadan əvvəl layihə vəziyyətində radikal terrorçuları qorumaq üçün hazırlanmışdı. Lakin daha sonra Suriya və müttəfiqlərinin gərgin səyləri nəticəsində buna imkan verilmədi”.
 
Əsəd terroru dəstəkləyən ölkələrin köhnə qərardan gözlədikləri nəticəni ala bilmədikləri üçün ikinci bir qanun layihəsi hazırlamağa başladıqlarını, bu müddət ərzində də Dəməşq və ətrafındakı vətəndaşlara qarşı raket hücumlarını artırmaq göstərişləri verdiklərini deyib.
 
Əsəd Hələb, Homs, Deyr əz-Zor və başqa regionlarda olduğu kimi, indi də Şərqi Qutada terrora qarşı əməliyyatların sona qədər davam edəcəyini söyləyib.
 
Suriya prezidenti qərblilərin Suriyada humanitar vəziyyətdən danışmasının yeganə məntiqi izahının, Suriya ordusunun terrora qarşı mühüm nailiyyətlərə nail olması və terrorçuları ağır itkilərə məruz qoyması olduğunu bildirib: “Qərb rəsmilərinin humanitar vəziyyətdən danışması ucuz yalanlardan başqa bir şey deyil. Qərb dövlətləri tarixdə heç vaxt bölgədə humanitar vəziyyətlərlə maraqlanmadı. İkinci Dünya Müharibəsi-ndə və ya İraq və Koreya müharibəsində milyonlarda günahsız dinc insanın öldürülməsi qərblilərin humanitar vəziyyətlərlə bağlı əqidələrini dəqiq bir şəkildə ortaya qoyub”.
 
Əsəd açıqlamasında, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya barədə də danışıb: “Bu koalisiya tamamilə İŞİD-in tərəfindədir. İŞİD, Nusra Cəbhəsi və digər terror təşkilatlarını dəstəkləyən beynəlxalq bir gücdür. Beynəlxalq koalisiyanın İŞİD-i vurmaq əvəzinə, İŞİD-ə qarşı ən fəal müharibəni aparan Suriya ordusunu bir neçə dəfə hədəfə aldı. ABŞ koalisiyası təkcə fevral ayında mülki vətəndaşlara qarşı dörd qətliam reallaşdırdı. Bu qüvvələrin İŞİD-ə qarşı müharibə bəhanəsi altında Deyr Əz-Zor, Raqqa və Hasəkə rayonlarında dinc insanlara qarşı cinayətlər törətdi”.
 
Suriya prezidenti Dəməşqin Şərqi Quta bölgəsində yerləşən vətəndaşların böyük əksəriyyətinin terrorçulardan xilas olmaq istədiklərini deyib: “Bu səbəblə Şərqi Qutada terrorçulara qarşı əməliyyatlar qətiyyətlə davam edəcək. Şərqi Qutada terrorizmə qarşı əməliyyatlara paralel olaraq, orada olan mülki vətəndaşların təxliyəsi üçün lazım olan hər bir cəhd reallaşdırılacaq”.
 
Əsəd kimyəvi silah məsələsinin qərblilərin yalan olan əsas terminlərindən biri olduğunu deyib: “Bu yalan və əsassız iddiaları terrorçuları ağır məğlubiyyətə düçar edən Suriya ordusuna hücum etmək üçün bəhanə edirlər. Terroru dəstəkləyən tərəflər kimyəvi silah ittihamına ilk dəfə 2012-ci ildə başladılar. Suriya kimyəvi silahlara malik olduğu vaxtda və ya kimyəvi silah bazasını məhv etməsindən sonra da qətiyyən heç bir yerdə və heç bir vaxtda kimyəvi silahdan istifadə etmədi. Suriyanın kimyəvi silah istifadə etməsi üçün heç bir zərurət yoxdur. Terrora qarşı qələbələri də bunu sübut etdi”.
 
Əsəd Suriyanın 2013-cü ildə bütün kimyəvi silahlarından imtina etdiyini xatırladıb: “Bu məsələ ilə bağlı beynəlxalq təşkilat və qurumlar da əmin olub aydın bir şəkildə bəyan etdilər. Bundan başqa, kimyəvi silah ittihamını edən şəxslər də əllərində sübut olmadığını etiraf etdilər”.
 
Suriya və xalqına qarşı müharibənin artıq əvvəllər olduğu kimi gizli aparılmadığını deyən Əsəd, terroru dəstəkləyən dövlətlərin artıq aşkar formada İŞİD, Nusra Cəbhəsi və digər terror təşkilatlarını dəstəklədiklərini bildirib. Əsəd Suriyanın terrora qarşı qələbələri və düşmənin planlarını pozmasından sonra, hər kəsin aşkar şəkildə rolunu icra etməyə başladığını qeyd edib.
 
Türkiyənin Hələbin şimal ətrafında yerləşən Afrin şəhərinə hücum etməsinə dair verilən suala Əsəd belə cavab verib: “Bunun düşməncəsinə edilən bir hücumdan başqa heç bir formada qiymətləndirmək mümkün deyil. Bu hücumu Türkiyənin Suriyaya hücumundan başqa bir şey kimi, adlandırmaq olmaz. Ərdoğan Suriyada böhranın əvvəlindən bəri həyata keçirməyə çalışdığı bufer zona planını həyata keçirməyi qarşısına məqsəd qoyub. Ərdoğan bununla da başçılığı altında olan və dəstəkləyib istiqamət verdiyi terrorçular üçün təhlükəsiz bir bölgə təmin etməyi qarşısına məqsəd qoydu. Bu bölgəni də daha sonra ona tabe olan terrorçuların Suriya ordusu, Suriya dövləti və Suriya xalqına qarşı hücumlarının hərəkət nöqtəsinə çevirməyi planlaşdırır.
 
ABŞ əvvəllər Ərdoğana bu məsələdə icazə vermədi. Ərdoğanın əvvəlki hər hər açıqlamasında və hər bir görüşündə bu məsələdə də ABŞ-dan yardım və dəstək istəyirdi. Çünki əvvəllər ABŞ və müttəfiqləri Azad Suriya Ordusu (ASO) adlandırılan qruplara inanırdılar. Lakin Homs şəhəri, Hələb və digər bölgələr işğaldan azad edilməsindən sonra, ABŞ və müttəfiqləri hər cür dəstək verdikləri ASO-ya inamları sarsıldığı və Türkiyənin rolu onlar üçün əhəmiyyətli oldu. Bundan sonrakı müddətdə Türkiyənin terror təşkilatları ilə roluna sığındılar. Amma Deyr Əz-Zor şəhərinin İŞİD-dən azad edilməsindən sonra, Türkiyənin birbaşa hərbi müdaxiləsi qərblilərə görə, artıq zərurət sayıldı.
 

Google+ WhatsApp ok.ru