Bəhreyn rejimi Şeyx Əli Salmanın 3 yaşlı qızına şəxsiyyət vəsiqəsi vermir

Bəhreyn rejimi Şeyx Əli Salmanın 3 yaşlı qızına şəxsiyyət vəsiqəsi vermir

-- Bəhreyndə indiyədək 15 uşaq siyasi səbəblərə görə ölkənin vətəndaşlıq vəsiqəsini almaqdan məhrum edilib

Ali Xəlifə rejimi hələdə  “Əl-Vifaq” cəmiyyətinin  həbsdə olan baş katibi Şeyx Əli Salmanın 3 yaşlı qızı Sarə Əli Salmana şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şeyx Əli Salmanın həyat yoldaşı öz twitter səhifəsində açıqlama verərək bu sözləri yazib:
 
 “Sarə hazırda 3 yaş 3 aylıqdır. Lakin hələ də Bəhreyn şəxsiyyət vəsiqəsindən məhrum edilib. Hökumət bu  vasitə ilə Şeyx Əli Salmandan intiqam almaq istəyir".
 
Qeyd edək ki, Bəhreynin insan haqları təşkilatları bildiriblər ki, indiyədək 15 uşaq siyasi səbəblərə görə ölkənin vətəndaşlıq vəsiqəsini almaqdan məhrum ediliblər.
 
Xatırladaq ki, Şeyx Salman 2014-cü ildə dövlət çevrilişinə cəhd ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Son olaraq 2017-ci ildə onun barəsində casusluq ittihamı ilə cinayət işi qaldırılıb. Ailəsi bildirir ki, məqsəd ruhanini siyasətdən uzaq saxlamaqdır.

 

Google+ WhatsApp ok.ru