Bəşər Əsəd: “Qərbin hərbi müdaxiləsi sabitsizliyi daha da artıracaq”

-- Suriya və xalqına qarşı artan təhdidlərin...

Suriyanın prezidenti Bəşər Əsəd bu gün ali rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
 
Maide.Az "deyerler.org"- a istinadən xəbər verir ki, Əli Əkbər Vilayəti Dəməşqin ətrafındakı Şərqi Quta və əhalisinin tamamilə təkfirçi terrorçulardan azad edilməsi münasibətilə prezident B.Əsədi və Suriya xalqına təbriklərini çatdırıb.
 
Bəşər Əsəd görüşdə belə danışıb: “Meydanda qazandığımız hər bir qələbə ilə yanaşı, bəzi Qərb dövlətlərinin səsi yüksəlir və hadisələrin gedişatını dəyişdirmək məqsədilə fəaliyyətləri intensivləşdirir. Bu səslər və ya hər hansı bir müdaxilə, beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edəcək formada regional sabitsizliyi artırmaqdan başqa bir işə yaramır”.
 
Bir sıra dövlətlərin Suriyada istifadə etdikləri terror təşkilatları ilə uydurduqları yalanlara söykənib, Suriyanı təhdid etdiklərini deyən B.Əsəd, bu təhdidlərin Şərqi Quta və əhalisinin təkfirçi terrorundan azad edilməsindən sonra gəldiyini bildirib: “Bu dövlətlər Şərqi Qutada etibar etdikləri və üzərinə planlar qurduqları vəziyyətlərin dəyişməsilə və Suriyaya qarşı müharibə planlarının məğlubiyyətə düçar olması ilə Suriya və xalqına qarşı yeni təhdidlər etməyə başladılar. Suriya və xalqına qarşı artan təhdidlərin və ya düşmancəsinə hər hansı bir hərəkətlənmələrin Yaxın Şərqdə gərginliyi artırmaq və sabitliyi sabotaj etməkdən başqa heç bir işə yaramayacaq. Eyni zamanda, beynəlxalq sülh və təhlükəsizliyi də ciddi şəkildə təhlükəyə atacaq”.
 

Google+ WhatsApp ok.ru