Bəhreynli alimlər birgə bəyanat yaydı

Bəhreynli alimlər birgə bəyanat yaydı

-- Əl Xəlifədən edam cəzasını ləğv etməyi tələb etdi

Bəhreyn alimləri birgə bəyanat yayıb.  
 
Maide.Az “Mehr” agentliyinə istinadən xəbər verir ki, onlar  Ali Xəlifə rejim rəhbərliyindən haqlarında edam cəzası verilən bəzi gənclərin cəzalarının yüngülləşdirilməsini tələb edib. 
 
Bəyanatda bildirilir:  “Edam cəzalarının ləğv edilməsi dəyərli bir məsələdir və bu qərarın digər məhkumlara da şamil edilməsini diləyirik.  Gələcəkdə heç bir məhkumun olmadığı bir Vətənə sahib olmağı ümid edirik. Hər kəsi sevgi, ədalət və inkişafla dolu olan ölkəyə çatmağa dəvət edirik”.
 
Qeyd edək ki, Bəhreyndə hakimiyyətə qarşı çıxan bir çox gənc həbs edilib və haqlarında edam cəzası verilib.

Google+ WhatsApp ok.ru