Bəhreyndə DİN Ali Xəlifə rejiminə qarşı çıxan İslam alimlərini hədələdi

Bəhreyndə DİN Ali Xəlifə rejiminə qarşı çıxan İslam alimlərini hədələdi

-- Ali Xəlifə rejimi aprelin 29-u ölkənin tanınmış İslam alimlərinə ayrı-ayrı məktublar göndərərək...

Bəhreynin Daxili İşlər Nazirliyi Ali Xəlifə rejiminə müxalif olan fəalların edam edilməsi hökmünə qarşı çıxan İslam alimlərini təhdid edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Bəhreynin Daxili İşlər Nazirliyi aprelin 29-u ölkənin tanınmış İslam alimlərindən Şeyx Hüseyn Əl-Əstəri, Şeyx Məhəmməd Salii Ər-Rabii və Şeyx Məhəmməd Sanqura ayrı-ayrı məktublar göndərərək, Bəhreyn vətəndaşlarının ölüm hökmlərinin ləğvini tələb edəcəkləri təqdirdə, onlara qarşı lazımlı tədbirlərin görüləcəyini açıqlayıb.
 
Digər tərəfdən, Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibinin müavini Şeyx Hüseyn Əl-Deyhi Twitter-dən verdiyi açıqlamasında, belə qeyd edib: “Bəhreyndə hazırda baş verənlər mənə zalım Səddamın İraqdakı fəaliyyətlərini xatırladır”.
 
Şeyx Hüseyn Əl-Deyhi digər bir tvitində isə belə qeyd edib: “2011-ci ildən etibarən Bəhreyndə demokratiyanın həyata keçirilməsi üçün ümumilikdə 49 min aksiya keçirilib. Bu mitinqlər Bəhreyndə aksiya keçirmənin yasaq olmasına və nümayişlərə müdaxilə edilməsinə baxmayaraq baş tutdu”.
 
 
 

Google+ WhatsApp ok.ru