Bəhreyndə 115 nəfər haqqında həbs qərarı çıxarıldı

Bəhreyndə 115 nəfər haqqında həbs qərarı çıxarıldı

-- ən az cəza alan 3 il, ən çox cəza alan isə ömürlük...

Bəhreyndə "terror" və "casusluq" ittihamı ilə 115 nəfərə  həbs cəzası verilib. 
 
Maide.Az “dunyabulteni”ə istinadən xəbər verir ki, həbs olunanlardan ən az cəza alan 3 il müddətinə, ən çox cəza alan isə ömürlük azadlıqdan məhrum edilib. 
 
Bəhreyn rejim prokrorluğunun açıqlamasına görə, Məhkəmə "terror təşkilatı qurmaq, Zulfikar Tugayları adlı təşkilata üzv olmaq, terror hərəkətləri təşkil etmək və polisə hücum etmək" cinayətləri ilə günahlandırılan 138 nəfərin işinə baxıb. Və onlardan 115 nəfər barələrində həbs qərarı çıxarılıb. 
 
Cəza alan şübhəlilərin həm də xarici bir dövlətlə iş birliyi qurmaqda da ittiham olunduğu bildirilir.  Məhkəmə eyni ittihamla mühakimə edilən 23 nəfərin bəraətinə qərar verib. 
 
Xatırladaq ki, 2011-ci ilin fevral ayından Bəhreyndə xalq kütləvi dinc aksiyaları başlayıb. Bu müddət ərzində minlərlə anti rejim fəallar  müxtəlif bəhanələrlə həbs olunub. Dinc aksiyaları  yatırtmaq məqsədilə  14 mart 2011-ci il tarixində Bəhreyn rejiminin  istəyi ilə Fars Körfəzi Əməkdaşlıq Şurası və Səudiyyə rejiminin qüvvələri Bəhreynə yeridilib. 
 
Bütün bunlara baxmayaraq, Bəhreyn xalqı 7 ildən artıq bir müddətdir ki, Ali Xəlifə rejiminə qarşı müqavimət göstərməyə davam edir. İndiyədək onlarla insan həyatını itirib,  yüzlərlə insan isə yaralanıb və ya Ali Xəlifə rejiminin qondarma ittihamları ilə uzun müddətli həbslərə məruz qalıb. 
 
Hazırda Ali Xəlifə rejimi həbsxanalarında yüzlərlə gənc siyasi fəal var. 
 

 

Google+ WhatsApp ok.ru