BƏƏ-nin Baş Qərargah generalı Yəməndə öldürüldü

BƏƏ-nin Baş Qərargah generalı Yəməndə öldürüldü

-- Hudeyda şəhərində...

Yəmənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor İsa Saif əl-Məzruyi Yəməndə öldürülüb.
 
Maide.Az bildirir ki, bu barədaə faktxəbər məlumat yayıb.
 
Məlumata görə, Yəmənin qərbində yerləşən Hudeyda şəhərində "Ənsarullah" hərəkatının döyüşçüləri ilə qarşıdurmada BƏƏ-nin 43 hərbçisi, o cümlədən general-mayor əl-Məzruyi həyatını itirib.
 
Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Hudeyda liman şəhərinə hücuma keçən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri isə son bir neçə gündə 253 əsgərini itirib.
 
Qeyd edək ki, BƏƏ ötən çərşənbə günü öz qüvvələrinin öldürülməsini təsdiqləməsə də, lakin 4 qurbanın cəsədini tələb edib.
 

Google+ WhatsApp ok.ru