Bəhreyndə cümə namazı qadağası davam edir -FOTO

Bəhreyndə cümə namazı qadağası davam edir -FOTO

-- 102 həftədir qadağa davam edir

Bəhreyndə xalqın cümə namazı qılmasına yenidən maneə yaradılıb.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki,  Ayətullah İsa Qasimin vətəndaşlıqdan çıxarılmasından sonra əd-Diraz bölgəsində cümə namazlarının qılınması artıq 102 həftədir ki, qadağan edilir. 
 
Diraz bölgəsində yerləşən İmam Sadiq (ə) məscidinin imam cüməsinin  məscidə gəlişinin qarşısı alınıb.  İnsanların məscidə kütləvi gəlişinə maneələr yaradılıb.  Bu səbəbdən  bu cümə günü də insanlar məsciddə ayrı-ayrılıqda namaz qılmalı olub. 
 
Bölgədə yaşayan insanlar hakimiyyətin cümə namazı qadağasına etiraz olaraq aksiya keçirib. 
 
Aksiyada Bəhreyn kralı əleyhinə şüarlar səsləndirilib. Polis aksiyaya müdaxilə edib. Onlarla bəhreynlinin saxlanıldığı qeyd olunur. 
 
 
 
 

Google+ WhatsApp ok.ru