Bəsrədəki aksiyalarda 5 nəfər yaralanıb

Bəsrədəki aksiyalarda 5 nəfər yaralanıb

-- Bəsrə, Kərbəla, Nəcəf və Meysan əyalətlərində komendant saatı tətbiq olunub

Iraqın neftlə zəngin olan Bəsrə şəhərində  iş yerləri açmaq, elektrik enerjisi və su çatışmazlığı ilə bağlı problemlərin həll edilməsi tələbi ilə keçirilən aksiyaya təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 5 nəfər yaralanıb. 
 
Maide.Az  “AA”-a istinadən xəbər verir ki, tez-tez polis ilə toqquşmalara gətirib çıxaran hökumət əleyhinə nümayişlər artıq 7 gündür ki, davam edir.  
 
Bazar günü nümayişçilər növbəti dəfə Bəsrə rəhbərliyinin binasına hücum ediblər. Cavab olaraq təhlükəsizlik qüvvələri havaya xəbərdarlıq atəşi açıblar və gözyaşardıcı qaz tətbiq ediblər.   
 
Etiraz aksiyaları Bəsrə şəhərindən başqa İraqın Nəcəf,  Meysan, Zikar, Babil, Kərbəla , Divaniyyə bölgələrində də keçirildiyi bildirilir.  
 
Baş nazir Heydər əl-Abadinin sərəncamına əsasən, güc strukturları tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər.
 
Bəsrə, Kərbəla, Nəcəf və Meysan əyalətlərində komendant saatı tətbiq olunub.  
 
 

Google+ WhatsApp ok.ru