Bəsrəli Ərbəin zəvvarlarının Kərbəlaya hərəkəti başlayıb

Bəsrəli Ərbəin zəvvarlarının Kərbəlaya hərəkəti başlayıb

Milyonların getdiyi İmam Hüseynin (ə)  Ərbəin yürüşü İraqın cənubundan başlayıb.
 
Maide.Az “iribnews”a istinadla xəbər verir ki, bu gün İraqın cənub məntəqələrindən Bəsrədən yola düşən Ərbəin zəvvarları Kərbəlaya İmam Hüseynin (ə) əza rəmzi olan qara, qırmızı və yaşıl bayraqları daşıyırlar. 
 
500 kilometrdən çox  məsafəni İmam Hüseynin (ə) bayrağını piyada daşıyaraq, Kərbəlaya gedən zəvvarlar, bunu İmam Hüseynə (ə) eşqinə görə etdiyini bildirir.
 
Qeyd edək ki, hər il Səfər ayının 20-inə imam Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadətinin 40-cı gününə (Ərbəin gününə)  20 gün qalmış  Əhli-beyt (ə) aşiqləri İraqın Bəsrə şəhərindən  Kərbəlaya doğru hərəkət edir. 
 
Bu arada qeyd edək ki, Ərbəin mərasimi üçün İraqın Kərbəla şəhərində olmaq üçün İraq daxilindən və dünyanın hər yerindən zəvvarlar yola düşməyə başlayıb.
 
Xatırladaq ki, İranın Qırmızı Aypara Cəmiyyəti  Ərbəin ziyarəti dövründə zəvvarlara xidmət göstərmək üçün  həkimlərə çağırış edib. Könüllü şəkildə zəvvarlara xidmət göstərmək istəyən həkimlər hmciran.net  saytına müraciət edə bilərlər. 
 

Google+ WhatsApp ok.ru