Bəşar Əsəd Peyğəmbərin (s) mövlud mərasimində iştirak edib - VİDEO

Bəşar Əsəd Peyğəmbərin (s) mövlud mərasimində iştirak edib - VİDEO

Suriya dövlət televiyası prezident Bəşar Əl-Əsədin Məhəmməd peyğəmbərin (ə) mövludu münasibətilə Dəməşqin Səd ibn Məaz məscidində dua mərasimində iştirak edib. 
 
Maide.Az xəbər verir ki, video görüntülərdə Bəşar Əl-Əsədin məsciddə camaat namazına qatılıdğı göstərilib. 
 
Mərasimdə Suriya baş naziri və digər rəsmilərdə iştirak edib.  Peyğəmbərin (s) vəsfində mədhiyyələr oxunub. 
 
Qeyd edək ki, bu gün Rəbiül-əvvəl ayının 12-dir (Noyabr ayının 20-i). Bu gündən etibarən “Vəhdət həftəsi” başlanır və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir. Elə bu münasibətlə bütün İslam ümmətini təbrik edirik.
 
İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
 

 

Google+ WhatsApp ok.ru