Bəşər Əsəd on minlərlə suriyalıya amnistiya verdi

Bəşər Əsəd on minlərlə suriyalıya amnistiya verdi

Suriyalı mənbələr ölkə prezidenti Bəşər Əsədin terrorizmə qarşı müharibə dövründə əsgərlikdən fərarilik edən 24 min gənci bağışladığını bildirir.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Rusiyanın Suriyadakı Sülh Mərkəzinin sədri Sergey Solomatin mövzu ilə bağlı verdiyi açıqlamasında, Əsədin əvvəlki tapşırığı çərçivəsində Suriya Ərəb Respublikası rəsmilərinin əsgərlikdən fərarilik edənləri əfv dairəsinə salmağa davam etdiyini bildirib.
 
Mərkəzin sədri əsgərlikdən fərarilik edib, qaçqınlar arasında olanlar və silahlı dəstələrin sabiq üzvlərinin də bu amnistiyadan istifadə etdiklərini bildirib.
 

Google+ WhatsApp ok.ru