Bəzi yollar buz bağlaya bilər

Bəzi yollar buz bağlaya bilər

Yanvarın 18-də Bakı və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənir. Güclü şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında tədricən mülayimləşəcəyi ehtimalı var.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 0-2, gündüz 4-6 dərəcə isti proqnozlaşdırılır.
 
Yanvarın 18-də Azərbaycanın bəzi rayonlarında da havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı təxmin edilir. Qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi ehtimalı var. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacağı təxmin edilir.
 
Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı proqnozlaşdırılır.
 

Google+ WhatsApp ok.ru