Bəhreyn rejimi Əhli-Beyt (ə) alimlərinə qarşı təzyiqlərini davam etdirir

Bəhreyn rejimi Əhli-Beyt (ə) alimlərinə qarşı təzyiqlərini davam etdirir

Bəhreyndə Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri iki Əhli-Beyt (ə) aliminin ifadəsini almaq üçün idarəyə çağırıb.
 
Maide.Az  "deyerler.org" a istinadən xəbər verir ki, onlardan biri nüfuzlu alim və din xadimi olan Şeyx Məhəmməd Saleh Ər-Rubaidir. İdarəyə çağırılmasının səbəbləri və ya ona qarşı hər hansı bir iddianın irəli sürülüb-sürülməməsi məlum deyil.
 
Günün əvvəlində digər Əhli-Beyt (ə) alimi Seyid Məcid Əl-Meşal da azadlığa buraxılmadan əvvəl ifadəsini alınmaq üçün Bəhreyn Təhlükəsizlik İdarəsinə çağırılmışdı. Əl-Məşəlın 2.5 illik həbs cəzasının bitməsinə 24 saatdan az vaxt qalmış idarəyə çağrıldığı bildirilib.
 
Əl-Məşəl əvvəllər Bəhreynin aparıcı şiə dini qurumlarından biri olan İslam Alimlər Şurasının sədri olmuşdur.
 
Bəhreyndə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyəti Ali Xəlifə rejiminin bu addımını ən böyük axmaqlıq kimi adlandırıb.
 

Google+ WhatsApp ok.ru