Bəhreyn xalqının azadlıq mübarizəsi - 8 il ötdü

Bəhreyn xalqının azadlıq mübarizəsi - 8 il ötdü

Bəhreyn… Yaxın Şərqin bu dövləti öz spesifik xüsusiyyətləri ilə seçilir. Bir milyona yaxın əhalisi olan bu ölkədə xalqın əsas faizini (80 faizə yaxın) əqidədə Əhli-beyt ardıcılları təşkil edir. Lakin hakimiyyət Səudiyyə Ərəbistanının dəstəklədiyi Ali -Xəlifənin əlindədir. Vahhabi və təkfirçi zehniyyətə sahib olan bu rejim ölkənin zəngin sərvətlərini yalnız bir ailənin ixtiyarına verib. Ölkədə infrastruktur yüksək səviyyədə təşkil olunub. Amma bunun sadə xalqa, yəni şiələrə heç bir aidiyyəti yoxdur. Çünki bütün sərvətlər yalnız hakim ailənin istəklərinə uyğun sərf edilir. 
 
2010-cu ildən başlayaraq zaman-zaman ölkədə baş verən etirazlar geniş miqyas almağa başladı. Əvvəlcə bu etirazları sıradan aksiyalar hesab edən Ali -Xəlifə rejimi zahirən də olsa “demokratiya” göstərməyə çalışdı. Lakin tezliklə bu saxta demokratik göstəriş maskasını cırdı. 
 
2011-ci ildə ardıcıl aksiyalara ruhanilərin dəstək verməsi hadisələri məcrasını dəyişdi. Nüfuzlu İslam alimi Ayətullah Şeyx İsa Qasım və Əl-Vəqf təşkilatının rəhbəri Şeyx Salman Bəhreyn etirazçıları dəstəklədi. Əslində Bəhreyn xalqının istəyi heç də dövlət çevrilişi deyildi. Onlar ölkədə ədalət tələb edir, siyasi baxışlarına görə həbs edilənlərin azad edilməsini tələb edirdi. 2014-cü ilin ilk ayına qədər davam edən etiraz aksiyaların geniş vüsət alması həmin ilin fevral ayının 14-də genişləndi. Demək olar ki, Bəhreyn xalqının əsas hissəsi etirazlara qoşuldu. Artıq etirazçılara bacara bilməyəcəyini anlayan Ali-Xəlifə rejimi Səudiyyə Ərəbistanı qüvvələrinin dəstəyi ilə etiraz aksiyalarını dəhşətli şəkildə yatırdı. Yüzlərlə insan həbs edildi, öldürüldü, yaralandı. Məhz bu tarixdən etibarən Bəhreyn azadlıq inqilabının əsası qoyuldu. 
 
Ardınca Bəhreyn rejimi inqilaba də verən Şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum edərək ölkədən sürgün etdi. Şeyx Salman isə həbs edildi.
 
Bu gün Bəhreyn xalqının azadlıq mübarizəsi bütün məhrumiyyətlərə baxmayaraq davam edir. Artıq xalq üçün ölmək, yararlanmaq mərhələsi geridə qalıb. Bu gün də azadlıq uğrunda mübarizə dayanmayıb. Amma beynəlxalq təşkilatların ikili standartları Ali-Xəlifə rejiminə "gözün üstə qaşın var" deməyə imkan vermir. /Maide.Az /

Google+ WhatsApp ok.ru