Bəşər Əsəd: ‘Venesuelada baş verənlər ABŞ-la müttəfiqlərinin Suriyada törətdikləri böhranın bənzəridir’

Bəşər Əsəd: ‘Venesuelada baş verənlər ABŞ-la müttəfiqlərinin Suriyada törətdikləri böhranın bənzəridir’

Yaxın Şərqdə Hizbullah, o cümlədən anti-ABŞ turuna çıxan Venesuelanın xarici işlər nazirini Xorxe Arreazanı qəbul edən Suriyanın prezidenti Bəşər Əsəd, Venesuelada baş verənlərin ABŞ-la müttəfiqlərinin Suriyada çıxardığı böhranın bənzəri olduğunu deyib.
 
Maide.Az "Deyerler.org"ə istinadən xəbər verir ki, Venesueladakı son vəziyyət və hadisələr haqqında Arreazadan məlumat alan Əsəd, Venesuelanın bu böhrandan çıxacağını və ən qısa müddətdə sabitliyi təmin edəcəyinə inandığını qeyd edib.
 
ABŞ başda olmaqla bir sıra Qərb dövlətinin Venesuela siyasətini tənqid edən Əsəd, suveren dövlətlərin daxili işlərinə müdaxilə edilməsini və bu dövlətlərlə birlikdə xalqlarına beynəlxalq hüquqa zidd bir şəkildə sanksiyalar tətbiq etməsini pisləyib. O, Qərb dövlətlərinin öz maraqlarına uymayan dövlətlərə qarşı sanksiya və müdaxilə siyasətinə əsaslandığına diqqət çəkib.
 
Venesuelada baş verənlərin Suriyada baş verənlərin bənzəri olduğuna diqqət çəkən Əsəd, məqsədin yenə hegemonluq olduğunu bildirib. Bütün bunların beynəlxalq qanunlar və qərarlarla yanaşı, BMT nizamnaməsini pozduğunu qeyd edərək, dövlətlərin suverenliyi və xalqların öz gələcəklərinə müdaxilə olmadan qurma haqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.
 
Venesuelanın xarici işlər naziri də düşmən dövlətlərin Suriyaya qarşı müharibə alovu çıxarmaqda istifadə etdikləri sözlərdən və tədbirlərdən eynisini öz ölkəsinə qarşı istifadə etdiklərini bildirib. ABŞ-la müttəfiqlərinin Venesuela hegemonluqları altına almaq və xalqının sərvətlərini yağmalamaq məqsədli planlarını on illərdir davam etdirdiyini vurğulayıb.
 
Arreazanın Venesuelanı dəstəkləyən mövqeyindən dolayı təşəkkür etdiyi Əsəd də, Karakasın Dəməşqin dəstəyinə təşəkkür edib. Görüşdə iki dost ölkə arasında möhkəm əlaqələri müxtəlif sahələrdə inkişaf etdirmək imkanları da müzakirə olunub.

Google+ WhatsApp ok.ru