Bəhreyndə Şeyx Əli Salmanın azadlığı tələb olundu

Bəhreyndə Şeyx Əli Salmanın azadlığı tələb olundu

Bəhreynin paytaxtı Manama şəhərində “Əl-Vifaq” cəmiyyətinin sədri Şeyx Əli Salmanın azadlığı tələbilə aksiya keçirilib.

Maide.Az "Eastnews"-a istinadən xəbər verir ki, aksiyaya çox sayda bəhreynli qatılıb.

İnsanlar Şeyx Əli Salmanın və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını istəyiblər.

Qeyd olunub ki, bölgəyə yeridilən polis qüvvələri nümayişçilərə təzyiqli su şırnaqlarıyla müdaxilə edib.

Google+ WhatsApp ok.ru