BƏƏ XİN partlayışların 7 yox 4 ticari gəmidə baş veridyini təsdiqlədi

BƏƏ XİN partlayışların 7 yox 4 ticari gəmidə baş veridyini təsdiqlədi

BƏƏ Xarici İŞlər Nazirliyi  bazar günü  bəyanat yayaraq  elan edib ki,  4 ticari gəmiyə  qarşı beynəlxalq sularda “təxribat əməliyyatı” törədilib. 
 
Maide.Az xəbər verir ki,  bəyanatda  gəmilərdə xəsarət alan şəxslərin olmadığı lakin yanğın baş verdiyi təsdiqlənib. 
 
Qeyd edək ki, bu gün  “Al Mayadeen" telekanalı BƏƏ-nin tərkibinə daxil olan Əl-Fuceyrə əmirliyinin limanında bir neçə partlayışın baş verdiyini bildirmişdi. 
 
Telekanalın məlumatına görə, limanda təmirə dayanan bir neçə tankerdə yanğın baş verib. Nəticədə təqribən 7-10 neft tankerini alov bürüyüb. Liman üzərində Fransa və Amerika hərbi təyyarələri müşahidə olunur. Lakin BƏƏ rəsmi olaraq bunu təkzib etmişdi. 
 

Google+ WhatsApp ok.ru