Bəhreyn konfransı hiylə ehtiva edir

Bəhreyn konfransı hiylə ehtiva edir

Qəzza zolağında fəaliyyət göstərən müqavimət qrupları bu ayın sonu Bəhreyndə keçiriləcək konfransın hiylə ehtiva etdiyini və "Əsrin müqaviləsi"nin həyata keçirilməsinin bir mərhələsini təmsil etdiyini deyib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İslami Müqavimət Hərəkatı (HƏMAS) liderlərindən İsmayıl Rıdvan son prosesləri müzakirə etmək üçün "Əhrar" hərəkatının Qəzzadakı mərkəzində keçirilən iclasda verdiyi açıqlamada bütün ərəb və İslam ölkələrindən Bəhreyndəki konfransa qatılmamalarını istəyib.
 
Konfransa qatılacaqlarını elan edən ölkələri də qərarlarını nəzərdən keçirməyə dəvət edən Rıdvan fələstinli qrupların "Əsrin müqaviləsi"nin siyasi və iqtisadi nəticələrini rədd etdiyini bildirib.
 
"Əsrin müqaviləsi"nə qarşı keçiriləcək tədbirlərdə iştirak etməyə çağıran Rıdvan "Torpağım satışlıq deyil" şüarıyla mitinqlər və ümumi tətil keçiriləcəyini açıqlayıb.
 
Rıdvan gələn həftənin çərşənbə günü də Fələstinin bütün vilayətlərində aksiyalar keçiriləcəyi və Məlikə bölgəsindəki qayıdış düşərgəsində tayfaların böyük bir konfrans təşkil edəcəyini bildirib.
 
Bəhreyn 25-26 iyun tarixlərində "Əsrin müqaviləsi" planının iqtisadi tərəfini həyata keçirmək məqsədilə İordan çayının qərb sahili, Qəzza və region ölkələrinə investisiya qoyuluşuna təşviq edilməsini nəzərdə tutan konfransa ev sahibliyi edəcək.
 

Google+ WhatsApp ok.ru