Bərdə xəstəxanasında həkim və tibb bacısı döyülüb

Bərdə xəstəxanasında həkim və tibb bacısı döyülüb

Bərdə rayonunda tibb işçiləri döyülüb.
 
Maide.Az "Report"a istinadla xəbər verir ki, insident Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində baş verib.
 
Orta yaşlı kişi sərxoş halda xəstəxanaya gəlib və ona lazımi tibbi yardım göstərilmədiyini əsas gətirərək, həkimlərə hücum çəkib. Hadisə zamanı bir həkim və tibb işçisi xəsarət alıb. Özünü idarə edə bilməyən və şəxsiyyəti məlum olmayan şəxs xəstəxanada olan tibb və inventar avadanlıqlarını dağıdaraq, yararsız vəziyyətə salıb.
 
Növbətçi həkimlər onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyiblər. Hadisə ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları əraziyə gələrək həmin şəxsi saxlayıb.
 
Faktı Bərdə polisi araşdırır.
 

Google+ WhatsApp ok.ru