Bədran Abbasdan hiylələrə qarşı milli birliyi təmin etməsini istəyib

Bədran Abbasdan hiylələrə qarşı milli birliyi təmin etməsini istəyib

İslami Müqavimət Hərəkatı (HƏMAS) milli münasibətlər nümayəndəsi Hüsam Bədran Fələstin Muxtariyyəti rəhbəri Mahmud Abbasdan başda "Əsrin müqaviləsi" olmaq üzrə Fələstin iddiasını hədəfə alan hiylələrə qarşı mübarizə üçün Fələstin Qurtuluş Təşkilatını (FQT) iclasa çağırmasını istəyib.
 
Maide.Az "Felestin.info"-ya istinadla xəbər verir ki, Bədran bu açıqlamanı dünən axşam Ramallahın şimalındakı Bir Zeyt bölgəsində "FQT və Fələstin xalqı ən möhkəm bir bina kimidir" şüarıyla keçirilən xalq konfransında yayımlanan çıxışında verib.
 
Çıxışında "Fəth" hərəkatına səslənən Bədran Fələstin işinə böyük təhlükə təşkil edən mövcud böhrandan xilas olmaq üçün göstərilən səylərə müsbət cavab verməsini tələb edib.
 
Bədran "Ən qısa müddətdə milli birliyimizi bərpa etməliyik və siyasi qurumlarımızı təşkil etməliyik", - deyərək, HƏMAS-ın kompromisə hazır olduğunu bildirib.
 
HƏMAS-ın bütün fikirlərə, təkliflərə açıq olduğunu qeyd edən Bədran FQT-nin qorunaraq, gücləndirilməsinin vacibliyini qeyd edib.
 
Bədran HƏMAS-ın istər prezident seçkiləri ilə birlikdə keçirilsin, istərsə də müstəqil olaraq həyata keçirilsin Milli Şura seçkilərinə hazır olduğunu bildirib.
 
HƏMAS lideri 2005 və 2011-ci illərdə keçirilən, keçmişdə Qahirədə, Beyrutda, ya da başqa bir yerdə imzalanan bütün razılaşmalarıa sadiq olduqlarını diqqətə çatdırıb.
 

Google+ WhatsApp ok.ru