Bəhreyn İranda terror aktları törətmək üçün əl-Qaidəyə tapşırıqlar verib – Əlcəzirə

Bəhreyn İranda terror aktları törətmək üçün əl-Qaidəyə tapşırıqlar verib – Əlcəzirə

“Bəhreyn hökuməti İranın daxilində terror aktları törətmək üçün Ənsarul-Furqan terror qruplaşmasına mühüm dəstəklər verib. Bəhreyn kralının özünün nəzarəti ilə əl-Qaidə və onun müxtəlif qruplaşmalarına ölkə daxilində də müxalifətin şiə liderlərlərinin terror edilməsi tapşırılırb.”
 
Maide.Az "SalamNews"a istinadla xəbər verir ki, bu barədə Əlcəzirə telekanalı hazırladığı “Ma xəfiyə əzəm” adlı (Gizlindəkilər daha dəhşətlidir) adlı sənədli verlişində məlumat verib.
 
Ötən gün yayımlanan bu verlişdə bildirilib ki, Bəhreyn hökuməti 2003-cü ildən etibarən əl-Qaidə üzvləri ilə birgə işbirliyi quraraq ölkədə müxalifətin şiə liderlərinin terror edilməsi, eləcə də İran daxilində hücumların həyata keçirilməsini planlaşdırıb.
 
Terror aktlarını həyata keçirən əl-Qaidə üzvləri o cümlədən Hişam Hilal Məhəmməd əl-Bəluşi (2015-də İranda öldürülüb) barədə yayımlanan videolentlər və bu planda iştirak edən iki əl-Qadiə üzvlərinin etiraf onu göstərir ki, Bəhreyn hökuməti 2006-cı ildən başlayaraq İran daxilində və əsasən də Ənsarul-Furqan adlı terror birləşməsinin əli ilə hücumlar həyata keçirib.
 
Bu sənədli reportajda Bəhreyn kəşfiyyatının sözügedən məsələ ilə məşğul olan Məhəmməd əl-Hzeym, Ədnan əz-Zain, Əhməd əş-Şuruqi adlı zabitlərinin fəaliyyəti də qeyd edilir.
 

Google+ WhatsApp ok.ru