Bəhreyn rejim qüvvələri  iki gənc Əhli-Beyt (ə) ardıcılının edam olunmasına etiraz edən kütləyə hücum edib

Bəhreyn rejim qüvvələri iki gənc Əhli-Beyt (ə) ardıcılının edam olunmasına etiraz edən kütləyə hücum edib

Bəhreyn təhlükəsizlik qüvvələri  iki gənc Əhli-Beyt (ə) ardıcılının edam olunmasına etiraz edən kütləyə hücum edib. 
 
Maide.Az xəbər verir ki, Bəhreyn xalqı əllərində Əhməd Əl-Məlal və Əli Əl-Ərəbin şəkillərilə küçələrə çıxaraq, Ali Xəlifə rejiminin törətdiyi cinayətləri qınayıblar. Polis etirazçılara hücum edib,aksiyanı dağıdıb. 
Hücum nəticəsində 23 yaşlı gənc şəhid olub, çox sayda yaralı var.  
Qeyd edək ki, Bəhreyndə Ali Xəlifə rejiminə qarşı ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq Cəmiyyəti bəyanat yayaraq, Əhməd Əl-Məlal və Əli Əl-Ərəb adlı bəhreynli iki gəncin Ali Xəlifə rejimi tərəfindən ötən gün səhər edam edildiyini bildirib.
Əl-Vifaq Cəmiyyəti bu iki gəncin 2017-ci ildə Ali Xəlifə tərəfindən Daxili İşlər Nazirliyindən bir məmuru öldürməkdə günahlandırıldığını və günahsız olmalarının sübut olunmasına baxmayaraq, edam edildiyini açıqlayıb.
 
Ölüm hökmünü şiddətli bir şəkildə pisləyən Əl-Vifaq Cəmiyyəti, bundan başqa sözügedən gənclərin edamdan əvvəl Ali Xəlifə rejiminin əsgərləri tərəfindən ağır işgəncələrə məruz qaldığını bildirib.
Edam edilən gənclərdən İsa əl-Mullalinin anası isə evlərinə başsağlığı üçün gələnlərə oğlunun şəhadəti münasibətilə gül və şirni paylayıb.  
 

Google+ WhatsApp ok.ru