Bəhreyn rejimi tərəfindən edam olunan şiə gənclər izdihamlı şəkildə dəfn edildi - Video

Bəhreyn rejimi tərəfindən edam olunan şiə gənclər izdihamlı şəkildə dəfn edildi - Video

Bəhreyndə Ali Xəlifə rejimi tərəfindən edam olunan iki şiə gənc Əhməd İsa əl-Mullali (24 yaş) və Əli Həkim əl-Ərəbi (25 yaş)  izdihamlı dəfn mərasimi keçirilib. 

Minlərlə bəhreynli Bəhreyn kralı Həməd ibn İsa Al Xəlifəyə ölüm şüarları altında edam olunan gəncləri dəfn ediblər. 

Bundan əlavə iki gəncin edam olunmasına görə keçirilən aksiyalarda polis tərəfindən öldürülən 22 yaşlı Məhəmməd Miqdadın da dəfn mərasimində izdiham müşahidə olunub. 

Qeyd edək ki, 2017-ci ilində həbs olunan və bir neçə gün öncə edam olunan gənclər Bəhrəyn ordu nümayəndəsinin qətlə yetirilməsində ittiham olunaraq edam edilib. Lakin onlar belə bir cinayəti törətmədiklərini bildiriblər.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru