Bəzi qəsəbələrdə su kəsiləcək

Bəzi qəsəbələrdə su kəsiləcək

 
Bu gün Bakı şəhərinin və Hacıqabul rayonunun bəzi qəsəbələrində içməli suyun verilişi dayandırılacaq.  
 
“Report”un “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.  
 
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Google+ WhatsApp ok.ru