Bəşər Əsəd Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini bildirib

Bəşər Əsəd Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini bildirib

Şimaldan gələn içiboş mesajlara baxmayaraq, İdlib və Hələbdə hərbi əməliyyatlar davam edəcək."

 
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.
 
Ötən gün ölkə mediası vasitəsilə Hələbdə və İdlibdə ordunun radikal qruplaşmalara qarşı apardığı hərbi əməliyyatda əldə etdiyi naəliyyətlərə münasibət bildirən Bəşər Əsəd vurğulayıb ki, burada hərbi əməliyyat davam etdiriləcək.
 
Bəşər Əsəd bu çıxışında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın deyilən əməliyyatlarla bağlı çağırış və mesajlarını "içiboş" adlandırıb və ölkənin şimalında radikal qruplaşmalara qarşı hərbi əməliyyatların dayanmayacağını deyib.
 
Suriya prezidenti bu çıxışında orduya dəstək verən müttəfiq qüvvələrə də təşəkkür edib.
 
Qeyd edək ki, Suriya Ordusu son 3 həftədə Hələbin cənub-qərbində və İdlibin şərqində apardığı əməliyyatlar çərçivəsində Hələb-Dəməşq yolunu, Suriyanın iqtisadi paytaxtının qərbində 40-a yaxın qəsəbə və kəndi nəzarətə götürüb.

Google+ WhatsApp ok.ru