Bəhreyndə 11 yaşlı uşaq saxlanıldı

Bəhreyndə 11 yaşlı uşaq saxlanıldı

Bəhreynin paytaxtı Manama şəhərində 14 fevral tarixində keçirilən aksiya zamanı polis daha bir qanunsuzluq edib. 

 Bu barədə "Bəhreyn İnsan Haqları Mərkəzi" məlumat yayıb. 

 Məlumatda vurğulanır ki, polis aksiya zamanı 11 yaşı olan uşağı da saxlayaraq naməlum istiqamətə aparıb. 

 Saxlanılan uşağın bir neçə gün saxlanıldıqdan sonra ailəsinin cərimə ödəməsi ilə sərbəst buraxıldığı bildirilir. 

 "Bu fundamental insan haqlarına ziddir. Bəhreyn hökuməti bütün dəyərləri tapdalayır", - deyə məlumatda qeyd olunub.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru