Bəhreyn ziyarətə gedən 1300 vətəndaşını ölkəyə buraxmaq istəmir

Bəhreyn ziyarətə gedən 1300 vətəndaşını ölkəyə buraxmaq istəmir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Bəhreynin İrana ziyarət məqsədi ilə gələn 1300 vətəndaşını geri almaq istəmədiyini bildirib.  

 
Maide.Az Deyerler.org-a istinadən xəbər verir ki, XİN sözçüsü Manama rəhbərliyini İrandakı vətəndaşlarına münasibətinə görə tənqid edib.  
 
Musəvi yeni növ koronavirus (Kovid-19) hadisələri səbəbiylə bir çox bölgə ölkəsinin İrandakı vətəndaşlarının dönüşünü təmin etmək üçün addım atdığını, ancaq Bəhreynin bu məsələdə heç bir cəhd etmədiyini bildirib.  
 
Manama rəhbərliyinin bu istiqamətdəki təklifləri də qəbul etmədiyini qeyd edən Musəvi, belə danışıb: “Hal-hazırda turizm və ziyarət məqsədi ilə İrana gələn 1300 Bəhreyn vətəndaşı var. Bu insanlar Bəhreyn hökumətinin mövqeyinə görə, İranda qalmaqda davam edirlər”.  
 
  İran rəsmisi vətəndaşların geri qayıtmasını təmin etmək üçün Bəhreynlə istənilən əməkdaşlığa hazır olduğunu və Manama rəhbərliyinin bu mövzuda hər hansı bir nəticəyə görə, məsuliyyət daşıyacağını qeyd edib.

Google+ WhatsApp ok.ru