Bəzi məhkəmə prosesləri təxirə salınıb

Bəzi məhkəmə prosesləri təxirə salınıb

Bəzi məhkəmə prosesləri təxirə salınıb. Amma təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunub. (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair).
 
Bu barədə Ali Məhkəmə Plenumu qərar verib.
 
Buna səbəb kimi ölkədə koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi göstərilib.
 
Qərara əsasən, hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunacaq.
 
Fiziki, hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya, kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərmələri tövsiyə edilib.
 
Bu qərar aprelin 20-nə qədər qüvvədədir. /azadliq.org

Google+ WhatsApp ok.ru