Bərdədə 14 nəfər saxlanıldı - SƏBƏB

Bərdədə 14 nəfər saxlanıldı - SƏBƏB

Bu gün - mayın 16-da Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbilə toplaşıblar.
 
Maide.Az xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib. Aksiya iştirakçılarından 14 nəfər saxlanılıb. 
 
Qeyd edək ki,  DİN  bu barədə məlumat yayımlayıb və  14 nəfərin polisə qarşı müqavimət göstərdiyinə görə  saxlandığı bildirilib. "Onların hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir."
 

Google+ WhatsApp ok.ru