Bəhreyndə din xadimlərinə qarşı başladılan təzyiqlər pislənilib

Bəhreyndə din xadimlərinə qarşı başladılan təzyiqlər pislənilib

Bəhreynin "14 fevral" hərəkatı ölkədə son günlər din xadimlərinə qarşı başladılan təzyiqləri pisləyib.

Hərəkat bu barədə bəyanat ilə də çıxış edib. Vurğulanıb ki, ölkədə insanların inancına, əqidəsinə və azad fikrinə görə təzyiqlərə məruz qalması fundamental insan haqları prinsiplərinə ziddir.

Bəhreyndə hal-hazırda diktatura rejiminin hökm sürdüyü diqqətə çatdırılan bəyanatda həm də qeyd olunub ki, xalqın dəyərlərinə hörmət etməmək bütün rejimlərin sonu olub. 

Qeyd edək ki, Ali Xəlifə rejimi Aşura günü etdiyi xütbələrə və oxuduğu dualara görə bir neçə ruhanini və məddahı həbs edib. /eastnews/ 

Google+ WhatsApp ok.ru