Bərdədə 14 nəfər şəhid olub, 40-dan çox adam yaralanıb - PROKURORLUQ - YENİLƏNİB 2

Bərdədə 14 nəfər şəhid olub, 40-dan çox adam yaralanıb - PROKURORLUQ - YENİLƏNİB 2

 
14:40
 
Prokurorluq Bərdəyə raket atılamsı nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
 
Qurumdan verilən məlumata görə, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər şəhid olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
 
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
 
***
 
2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 3 nəfər şəhid olmuş, bir neçə şəxs isə xəsarət almış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
 
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
 
***
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirir ki, 5 mülki şəxs şəhid olub.
 
 
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin dünən axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 7 yaşında olmaqla, 4 mülki insan həyatını itirib, 13 nəfər yaralanıb.
 
 

Google+ WhatsApp ok.ru