BƏƏ 13 müsəlman ölkəsi üçün viza verilişini  dayandırdı

BƏƏ 13 müsəlman ölkəsi üçün viza verilişini dayandırdı

Birləşmiş Ərəb Əmirlikləri əhalisi əsasən müsəlman olan 13 ölkənin vətəndaşlarına viza verilişini dayandırıb. 
 
Maide.Az “Reuters”a istinadla  xəbər verir ki, BƏƏ hökümətinə məxsus bir iqtisadi kompleksin bu ölkədə fəaliyyət göstərən şirkətlərə göndərdiyini sənədə əsaslanır.
 
İranla yanaşı, Yaxın Şərqdə Suriya, Yəmən, Livan, İraq, Əfqanıstan, Pakistan və Türkiyə kimi ölkələr viza qadağası ilə qarşılaşıblar.
 
Afrikada qitəsində isə Liviya, Əlcəzair, Tunis, Somali və Keniya BƏƏ-nin yeni qərarına şamil ediliblər.
 
“Reuters” yazır ki, BƏƏ rəsmiləri hələlik məsələyə açıq şəkildə münasibət bildirməyiblər və qərarın səbəbləri və aspektləri hələ aydın deyil.
 
Qeyd olunur ki, BƏƏ İsrail rejimi ilə münasibətləri yaxşılaşdırmasından narahatlıq keçirdiyi üçün belə bir addım atıdığını bildirir. 
 

Google+ WhatsApp ok.ru