BƏƏ həbsxanaları - məhbus qadınların kütləvi məzarlığı

BƏƏ həbsxanaları - məhbus qadınların kütləvi məzarlığı

"BƏƏ-nin həbsxanaları, zehni və fiziki işgəncələrdə ixtisaslaşmış təhlükəsizlik işçiləri tərəfindən, sakit və mütəşəkkil şəkildə sui-qəsd edilən məhbus qadınların kütləvi məzarlığına çevrilib".
 
Maide.Az "parstoday"ə istinadla xəbər verir ki, Britaniyadakı Ərəb İnsan Haqları Təşkilatı  BƏƏ həbsxanalarının həbs olunan qadınların  vəziyyəti haqda “Tvitter” səhifəsində bu haqda yazıb. 
 
Məlumatda bildirilir ki,  BƏƏ  hökuməti ictimai fəal Aliyə Əbdül Nurun qandallanaraq, həbsxanada tibbi yardım göstərilmədən ölümə tərk edildikdən sonra, sərbəst buraxılmasına dair bütün beynəlxalq tələblərə məhəl qoymayıb". 
 
 Bildirilir ki, digər bir fəal Amina əl-Abduli  ittiham məzmunlu sənədləri oxumadan imzalamaq üçün işgəncə verilərək, heç vaxt etmədiyi əməli etiraf edib. 
 
Təşkilat BƏƏ həbsxanalarındakı ictimai fəal qadınlara qarşı işgəncə verilməsinə dair xəbərdarlıq etdi və onların sərbəst buraxılması üçün kampaniya başlatdı. 
 
İnsan hüquqları təşkilatları əvvəllər BƏƏ-nin həbsxanalarında siyasi məhbusların olduğu kritik vəziyyət barədə xəbərdarlıq edib.

Google+ WhatsApp ok.ru