ABŞ-ın dövlət katibinin müavini Asiya ölkələrinə səfər edəcək

ABŞ-ın dövlət katibinin müavini Asiya ölkələrinə səfər edəcək

ABŞ-ın dövlət katibinin müavini Vendi Şermən Asiya ölkələrinə səfər edəcək. 
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki,  V.Şermən tezliklə Yaponiya,  Cənubi Koreya və Monqolustana səfər edəcək. 
 
ABŞ Dövlət Departametninin ofisindən verilən məlumata görə,  səfər 18-25 iyul  tarixində  baş tutacaq. 
 
Səfər çərçivəsində Amerika və bu ölkələr arasında iki tərəfli əlaqələr və  müştərək problemlərin həlli yolları müzakirə ediləcək. 
 
Qeyd edək ki, V.Şermənin Asiya ölkələrinə səfər çərçivəsində Çin rəsmiləri  ilə də görüşü planlaşdırılırdı. Lakin Çin hökuməti, Vaşinqtonun Pekinə qarşı son sanksiyalarından sonra nümayəndəsinin ABŞ dövlət katibininin müavini Vendi Şermənlə görüşməsi üçün verdiyi icazəni ləğv edib. 
 
Çin hökuməti bildirib  ki,  xarici işlər nazirinin müavini Lu Yucheng-in ABŞ dövlət katibinin müavini Vendi Şermənlə görüşünə mane olacaq. 
 

Google+ WhatsApp ok.ru