Bağdadda Müqtəda əs-Sədrin  müxalif «Əs-Sayrun» bloku qalib gəldi

Bağdadda Müqtəda əs-Sədrin müxalif «Əs-Sayrun» bloku qalib gəldi

-- Digər şəhərlərdə isə...

İraqda keçirilən parlament seçkilərində Bağdad üzrə müxalif «Əs-Sayrun» koalisiyası hamıdan çox səs toplayıb.
 
Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, Müqtəda əs-Sədrin dəstəklədiyi koalisiya parlamentdə 18 mandat qazanıb.
 
“Həşdi-Şabi” qruplarının yer aldığı Fəth koalisiyası, sabiq baş nazir Nuri Əl-Malikinin dəstəklədiyi Qanun Dövləti Koalisiyası, hazırki baş nazir Heydər əl-Abadinin Nəsr koalisiyası, və yenə sabiq baş nazir İyad Əllavinin Vətəniyyə koalisiyasının hər biri 8 mandat əldə edib.
 
Sünni lider Üsamə ən-Nüceyfinin Qərar koalisiyası, digər sünni koalisiyası olan Bağdad koalisiyası və şiə liderlərdən Əmmar əl-Həkimin Hikmət koalisiyasının hər biri isə 4 mandata sahib olub.
 
Digər şəhərlərdə isə nəticələr belə olub:
 
Kərbala şəhəri – 1. Həşdi-Şabi, 2. Sairun, 3. Nəsr
 
Ənbar şəhəri – 1. Ənbar Şəxsiyyətimiz koalisiyası, 2. Vətəniyyə, 3. Qərar, 4. Nəsr
 
Bəsrə şəhəri – 1. Fəth, 2. Sairun, 3. Nəsr
 
Qut və Amara – 1. Sairun, 2. Fəth, 3. Nəsr
 
Babil, Bəsrə, Divaniyyə - 1. Fəth
 
Diyala şəhəri – 1. Qərar, 2. Fəth
 
Səmavə şəhəri – 1. Sairun, 2. Fəth
 
Qadisiyyə şəhəri – 1. Fəth, 2. Sairun, 3. Nəsr
 
Bundan başqa, baş nazir Heydə əl-Abadinin koalisiyası heç bir şiə vilayətində birinci ola bilməyib.
 
Kərkük, Mosul, Ərbil, Süleymaniyə və digər şəhərlərin nəticələri yaxın saatlarda açıqlanacaq.

 

Google+ WhatsApp ok.ru