Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.
("Bəqərə" surəsi 19)

Həzrət Əli (ə) buyurur:
“Başqalarının eyblərindən danışan kəs əvvəlcə öz eyblərindən başlamalıdır.”



BAĞIŞLAMAQ YAXŞI İŞDİR, AMMA BELƏLƏRİNƏ ÜRƏYİNİZ YUMŞALMASIN!

-- Xalqın xəzinəsinə ...

Tarix : 12-06-2018 14:48

Ayə və rəvayətlərdə təkidlə vurğulanmış məsələlərdən biri bağışlamaqdır. Bağışlayanlar haqqında buyurulur:

الَّذِينَ يُنْفِقُونَ فِي السَّرّاءِ وَ الضَّرّاءِ وَ الْكاظِمِينَ الْغَيْظَ وَ الْعافِينَ عَنِ النّاسِ؛

“O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” (“Ali-İmran” surəsi, ayə 134.)

Rəvayətlərdə bildirilir ki, başqalarını bağışlayanların günahı qiyamət günü bağışlanar və Allah onların hesabını yüngülləşdirər.

Sual oluna bilər ki, bağışlamağın ölçü və meyarı mütləqdir, yoxsa nisbi? Başqa sözlə, bütün şəraitlərdə bağışlamaq yaxşıdırmı?

Zalımın əlindən qaçıb bizə pənah gətirmiş adamı həmin zalıma təhvil vermək olarmı? Məzlumu zalımın əlindən almaq vacib dini vəzifədir. Bəs nə edək? Qapımızı döyən quldura “burada deyil”, “görməmişik” desək, yalan olmazmı? Sözsüz ki, zülmün qarşısını almaq üçün yalan danışmağa dəyər.

Bağışlamaq üçün də müxtəlif şəraitlər vardır. Əgər zalımı bağışlamaq onun zülmünü artıracaqsa, bağışlamaq olmaz. Məsələn, şərikli maldan oğurluq olur. Şəriklərdən biri oğrunu bağışlayarsa, o biri şərikin hüququnu pozar. Bir sözlə, bağışlamağın nəticəsi zülm yox, savab və hidayət olmalıdır.

Bağışlamaq istəyən şəxs cəmiyyəti də düşünməlidir. Peşəkar cinayətkarı bağışlamaq cəmiyyəti təhlükəyə atmaqdır. İslam dini çox dəyərli olan bir qanunla bəzən cinayətkarı cəmiyyətin gözü qarşısında cəzalandırır ki, başqalarına da ibrət olsun. Qurana görə, ədalətli cəmiyyət qurmaq üçün islahedilməz cinayətkarlar öz cəzasına çatmalıdır:

وَ لَكُمْ فِي الْقِصاصِ حَياةٌ يا أُولِي الْأَلْبابِ؛

Ey ağıl sahibləri, bu qisas sizin üçün həyat deməkdir.” (“Bəqərə” surəsi, ayə 179.)

Cəmiyyət ilahi qanunların icrası ilə dirçəlir.

Rəvayətdə buyurulur ki, bir günaha görə şəri cəzalandırma cəmiyyət üçün bərəkətli yağışdan daha fadalıdır. Xalqın xəzinəsinə təcavüz etmiş insanı heç vəchlə bağışlamaq olmaz. Xalqın namusuna təcavüz edənlər üçün xüsusi cəzalar nəzərdə tutulur və tapşırılır ki, belələrinə ürəyiniz yumşalmasın.

İmam Sadiq (ə) buyurur:

وَ اعْفُ عَمَّنْ ظَلَمَكَ كما اَنَّكَ تُحِبُّ اَنْ يُعْفى عَنْكَ؛

“Öz bağışlanmağınızı sevdiyiniz kimi, sizə zülm edənləri bağışlayın.

Bəli, qeyd etdiyimiz kimi, insan başqasının haqqını yox, öz haqqını bağışlaya bilər.

Başqa bir mühüm nöqtə “həqqullah” (Allahın haqları) və “həqqunnas” (insanların haqları) məsələləridir. Yəni oğru dükan sahibindən halallıq alıb onun tərəfindən bağışlanırsa, bu hələ o demək deyil ki, Allah da bu adamı bağışlayıb. Allah bəndəni tövbə etdiyi halda bağışlayır.

İmam Sadiq (ə) buyurur: “Allahın sifətlərindən biri budur ki, həm pis, həm yaxşını bağışlayır.

Bəndə öz Allahından nümunə götürməlidir. Amma ilahi sifətləri özündə cilvələndirmək daxilən böyük insanların şənindədir:

اَلا تَرى اَنَّ شَمْسَهُ اَشْرَقَتْ عَلَى الأبْرارِ و الفُجّارِ و اَنَّ مَطَرَهُ يَنْزِلُ على الصّالحينَ و الخاطِئينَ؛

“Məgər görmürsən ki, günəş həm yaxşını, həm pisi isidir! Yağış da həm salehlər, həm də xətakarlar üçün yağır?!” (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, 24-cü dərs, səh.261-264.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:11
06:31
12:32
18:46
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

26-09-2018 11:27