Babək və Nobel prospektlərini birləşdirəcək küçə təmir olunur

“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidənqurulması işləri həyata keçirilir. 
 
“Azəryolservis”dən verilən məlumata görə, ümumi uzunluğu 1050 metr olacaq küçənin 600 metrlik hissəsində qazma-dolma və torpaq işləri görülür. Hazırda yol yatağının əsası tikilir. Küçədə yol geyiminin qalınlığı 79 sm olması nəzərdə tutulub. Bundan 27 sm əhəngdaşı, 25 sm qum-çınqıl və 27 sm asfalt-beton örtükdür.
 
Qeyd edək ki, Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçə 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Xaqani Rüstəmov küçəsinin eni 45 m, ayrıcı zolağın eni 3 m, səkinin eninin isə bəzi yerlərdə 4,5 m olması nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru