Bağdadda ABŞ səfirliyinin yaxınlığına minaatanla hücum edildi

Bağdadda ABŞ səfirliyinin yaxınlığına minaatanla hücum edildi

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yaxınlığına minaatanla hücum təşkil olunduğu bildirilib.  

Maide.Az deyerler.org-a istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Yaşıl Bölgədə olan ABŞ-ın Bağdad səfirliyinin yaxınlığına 2 ədəd minaatan mərmisi atılıb.  

Hücumdan sonra Yaşıl Bölgədə sözügedən səfirliyə yaxın iki hərbi nəzarət nöqtəsinin, nəqliyyatın hərəkətinin dayandırıldığı qeyd edilib.  

ABŞ-ın Bağdad səfirliyi yaxınlığına əvvəllər də minaatanla hücumlar təşkil edilmişdi.

Google+ WhatsApp ok.ru