Bağdadda iki aksiyaçı qaçırılıb

Maide.az xəbər verir ki, İraqın paytaxtı Bağdadın Təhrir meydanında xidmət çatışmazlığı və korrupsiyaya qarşı mübarizə üçün təşkil olunan aksiya zamanı, iki aksiyaçı mülki geyimli silahlı şəxslər tərəfindən qaçırılıb. Bundan sonra bir qrup nümayişçi, qaçırılanların sərbəst buraxılması üçün Bağdadın Nəsr meydanında oturaq aksiyası keçirib.
 
İraqın paytaxtı Bağdad olmaqla Bəsrə, Meysan, Nasıriyyə, Babilistan, Divaniyyə və digər cənub şəhərlərində iyul ayından bu yana korrupsiyaya qarşı mübarizə, həyat şəraitlərinin yaxşılaşdırılması, daha yaxşı xidmət və iş imkanları təqdim edilməsi tələbilə mitinqlər keçirilir.
 
Baş nazir İbadi 16 avqustda ölkədə "korrupsiyaya qarşı mübarizə və islahatlar" çərçivəsində bir sıra qərarlar vermişdi. Ölkədə keçmiş və hazırdakı korrupsiya faktlarının dərhal açılması göstərişini verərək, bunların araşdırılması üçün ekspert hakimlərdən ibarət bir komitə yaradılmasını istəyən İbadi, bütün rəhbərlik və dövlət qurumlarının təsis edilən müstəsna büdcənin də ləğvinə qərar vermişdi.

Google+ WhatsApp ok.ru